AZ

ABŞ-də təhlükəli bakteriya 4 nəfəri "yeyib"

ABŞ-nin Florida ştatında təhlükəli ət yeyən “Vibrio vulnificus” bakteriyası 4 nəfərin ölümünə səbəb olub.

Qaziler.az-ın məlumatına görə, bu barədə “Palm Beach Post” xəbər verir.

Mövcud məlumatlara görə, həkimlər artıq patogenə yoluxma hallarının 13-nü qeydə alıblar.

Məqalə müəllifləri qeyd ediblər ki, mikroorqanizmin məskunlaşdığı yer ilıq şor sudur və onun pik aktivliyi yay aylarında olur. Zəif bişmiş dəniz məhsulları yedikdə və ya zədələnmiş dəri sahələrinə çirklənmiş su ilə təmas etdikdə bakteriyaya yoluxmaq mümkündür.  

QAZİLER.AZ

Seçilən
4
qaziler.az

1Mənbələr