AZ

ABŞ  Çinə  İran və  Rusiya nefti ilə bağlı xəbərdarlıq etdi 

ABŞ-nin maliyyə naziri Skot Besant Çinin Rusiya və İrandan neft almağa davam etməsinin ciddi nəticələrə səbəb ola biləcəyini bildirib. Vətəninfo.az xəbər verir ki, bu barədə Stokholmda keçirilən ABŞ–Çin ticarət danışıqlarının ikinci günü Çin rəsmilərinə xəbərdarlıq edib.

Nazir qeyd edib ki, sanksiyalara məruz qalmış Rusiya neftinin davamlı şəkildə alınması Pekin üçün ağır tariflərlə nəticələnə bilər. Besant, habelə Vaşinqtonun Çinin İran neftinə dair mövqeyindən də narazılıq etdiyini vurğulayıb.

“Çin rəsmiləri enerji suverenliklərini qoruyacaqlarını bildiriblər. Biz də onların suverenliyini pozmaq istəmirik, ancaq bu halda onlar 100 faiz tarif ödəməyə hazır olmalıdırlar”, – deyə ABŞ maliyyə naziri əlavə edib.

Seçilən
6
veteninfo.az

1Mənbələr