Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyul sayında qeyd edilir.
Bu, 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 1 milyon 326 min ABŞ dolları və ya 8,6 dəfə çoxdur.
Xatırladaq ki, 2024-cü ilin yanvar-iyun aylarında ADY-nin ixrac gəlirləri 174 min ABŞ dolları təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.