Muhamed Belkayrın "Neftçi"yə keçidi baş tutmayıb.
Saytımız bu barədə paytaxt klubundan məlumat alıb.
Redaksiyamıza daxil olan informasiyaya görə, "ağ-qaralar"ın maraqlandığı forvardla danışıqlar alınmayıb.
Hazırda Belçikada "La Luvir"in formasını geyinən hücumçunun maliyyə şərtləri daha yüksək olduğundan, paytaxt təmsilçisi bu transferdən vaz keçib.
Fransa və Əlcəzair vətəndaşı olan 26 yaşlı forvardla Səudiyyə Ərəbistanından "Ər-Riyad" da maraqlanır. Ərəblər ona görə 1.5 milyon avro ödəməyə hazırdır.
"Ağ-qaralar" 2024-cü ildən Belçika təmsilçisində çıxış edən Muhamedə bu məbləğdən yalnız iki dəfə aşağı məbləğ xərcləməyə razıdır.
SPORTİNFO.AZ