Ankara Çörəkçilər Palatasının sədri Gürsel Alnıaçık 200 qram çörəyin qiymətinin sabahdan etibarən 12,5 lirədən 15 lirəyə qalxacağını açıqlayıb.
Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Ankara Çörəkçi Palatası sədri Gürsel Alnıaçık məsələ ilə bağlı açıqlama verərək, “1 avqust cümə günündən etibarən 200 qram çörəyin qiyməti 15 lirə (0.62 AZN) olacaq”, – deyib.
Qərar avqustun 1-dən qüvvəyə minəcək.
Dəniz Pənahova