AZ

“Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq" - “Şkendiya”nın baş məşqçisi

Şimali Makedoniya “Şkendiya”sının baş məşqçisi Jeton Beqiri “Qarabağ” haqda danışıb.

"Football-plus.az" xəbər verir ki, o, bu barədə fikirlərini Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin FKSB-yə qarşı səfər matçından (2:1, ilk oyun 1:0) sonra bildirib.

“Şkendiya” ilə “Qarabağ” ÇL-in 3-cü təsnifat mərhələsində qarşılaşacaq. İlk matç avqustun 5-i Şimali Makedoniyada, cavab görüşü avqustun 12-si Bakıda keçiriləcək.

Keçirdiyi mətbuat konfransında 43 yaşlı mütəxəssis əvvəlcə FKSB-ni keçmələri haqda danışıb:
“Bu, çox emosional bir oyun idi. Lakin mən bütün həftə futbolçulara deyirdim ki, özümüzə inansaq, cəsarətli olsaq və burda qalib gəlməyin mümkün olduğuna inansaq, yalnız o zaman növbəti mərhələyə keçmək şansımız olacaq. Bilirdim ki, imkanlarımız olacaq və şükürlər olsun ki, biz onlardan istifadə etdik və indi Çempionlar Liqasının növbəti mərhələsindəyik. Bu, bütün klubun – illərdi dayanmadan sərmayə qoyan sahiblərdən tutmuş, rəhbərlik, administrasiya, futbolçular və Buxarestdə bizi dəstəkləyən azarkeşlərə qədər – ortaq uğurudu və onlara təşəkkür edirəm.”

Beqiri Rumıniya tərəfindən olan təxribatçı fikirlər barədə isə bunu deyib:
“Mən elə bir insanam ki, hər komandaya hörmət edirəm – təkcə Rumıniya 2-ci liqasının yox, 3-cü liqasının klublarına da. Futbol meydanda oynanılır, bəyanatlarla yox. Futbolda fərqi milyonlar və ya avrolar deyil, bəzən həmin an oyuna hansı ürəklə və hansı ehtirasla yanaşdığın yaradır”.

Jeton Beqiri "Qarabağ" haqda isə bunları deyib:
“Növbəti rəqibimiz olan “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq. Bu, FKSB kimi ciddi və yaxşı təşkilatlanmış bir komandadır. Mənim və futbolçularım üçün əsas məsələ formamıza hörmətlə yanaşıb maksimum gücümüzü sərf etməkdi. Sonrasını meydandakı oyun göstərəcək”.
Seçilən
26
2
football-plus.az

3Mənbələr