AZ

Dəhşət: Ata illərlə qızlarını və oğlunu zorlayıb

Kazanda Tatarıstan Respublikasının Ali Məhkəməsi uzun illər ərzində 4 qızını və bir oğlunu zorlayan 45 yaşlı yerli sakin, çoxuşaqlı ataya qarşı cinayət işinə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Tatar-inform” məlumat yayıb.

Bildirilir ki, həmin şəxs ittihamı rədd edir. Onun sözlərinə görə, uşaqlar sadəcə olaraq onu mənzilindən məhrum etmək istəyirlər.

Məlumata görə, təqsirləndirilən şəxs Tatarıstanın rayonlarından birində yerləşən kiçik şəhərcikdə yaşayıb. Həyat yoldaşı ilə birlikdə uşaq böyüdüb. Çox içən olub, heç vaxt işləməyib. Ailəni demək olar ki, işi ilə əlaqədar olaraq çox vaxt evdə olmayan həyat yoldaşı dolandırıb. Bundan istifadə edən müttəhim 2009-2024-cü illərdə uşaqlarına təcavüz edib. Onlar altı yaşından cinsi zorakılığa məruz qalıblar.

Seçilən
30
publika.az

1Mənbələr