AZ

Cari ilin ikinci rübündə SOCAR tərəfindən 18 min metr1 qazma işləri həyata keçirilib

Cari ilin ikinci rübündə SOCAR tərəfindən 18 min metr1 qazma işləri həyata keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,8 milyon ton2 neft, 2 milyard kubmetr3 qaz hasil olunub. Şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,5% artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə təxminən 1,4% artaraq, 12,7 milyard kubmetr4 təşkil edib. Ümumilikdə cari ilin ikinci rübündə Azərbaycanda 6,8 milyon ton5 xam neft hasil olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri ötən ilin analoji dövrü ilə müqayisədə cüzi artaraq təxminən 4,2 milyon ton6 təşkil edib. Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir. Ölkə üzrə təbii qaz ixracı 6,2 milyard kubmetr7, istehlakı isə 2,4 milyard kubmetr8 təşkil edib. Təbii qaz istehlakında 6% artım qeydə alınıb.

Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,5 milyon tondan9 çox neft, 766 milyon kubmetrdən10 çox qaz emal edilib. SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 570 min tona11 yaxın neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.

Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı istinadlarda göstərilib.

1. 17.898 metr

2. 1.768.875 ton

3. 1.969.670.000 kubmetr

4. 12.692.215.000 kubmetr

5. 6.825.722 ton

6. 4.157.350 ton

7. 6.165.825.000 kubmetr

8. 2.418.158.000 kubmetr

9. 1.544.143 ton

10. 766.399.333 kubmetr

11. 569.804 ton

Seçilən
20
14
teleqraf.com

10Mənbələr