BAKI, 31 iyul. TELEQRAF
Bakının Binə qəsəbəsində orta məktəblərindən birin müəllimləri - Təranə Cəfərova, Tahirə Şamilova və tibb işçisi Məlahət Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovin sədrilyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Valeh Ələkbərov ittiham aktı elan edib.
İttihama görə, Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbin müəllimi Təranə Cəfərova digər təqsirləndirilən şəxslərlə cinayət əlaqəsinə girib, bir qrup müəllimə qarşı dələduzluq ediblər. O, zərərçəkmiş şəxslərə Tahirə Şamilova və Məlahət Mustafayevanın Elm və Təhsil Nazirliyində yüksək vəzifədə işləyən tanışlarının olduğunu deyib, zərərçəkmiş şəxslərin inamını qazanıblar.
Belə ki, onlar müəllimlərin işə qəbul edilməsinə, yüksək bal toplamalarına dair sertifikasiya verməyə, bəzi müəllimlərin iş yerinin dəyişdirilməsinə, ali məktəbə qəbul etdirmək barədə yalan vədlər veriblər.
İstintaq sənədlərində göstərilib ki, T. Cəfərova Azərbaycan dili və Ədəbiyyat müəllimi Sona Rəhimlini 88 saylı orta məktəbə işə qəbul etdirəcəkləri barədə yalan vədlər veriblər. O, digər təqsirləndirilən T. Şamilova ilə birlikdə sövdələşərək bu işin düzəlməsi üçün zərərçəkmişdən 16 min manat istəyiblər. ilk əvvəl 10 min manat almağı, iş üzələndən sonra isə qalan 6 min manatı alacaqları barədə razılşablar. Onlar 2024-cü ilin mayında zərərçəkmişdən 10 min manat alıblar. Lakin vədlərinə əməl etməyərək həmin vəsaiti ələ keçiriblər.
Bundan başqa, təqsirləndirilən şəxslər Binə qəsəbəsində digər Azərbaycan dili və Ədəbiyyat müəllimi Nuridə Hüseynovanı həmin qəsəbədə orta məktəblərdən birinə işə düzəldəcəklərinə dair yalan vəd veriblər. N. Hüseynova onların təklifini həyat yoldaşı Əşrəf Hüseynova deyiblər. Ər-arvad məsləhətləşdikdən sonra təqsirləndirilən şəxslərlə razılaşıblar, onlara bu işin düzəlməsi üçün 16 min manat veriblər.
Daha sonra Rus dili müəllimi Ayna Bayramovanı 149 saylı orta məktəbə işə qəbul etdirəçəkləri barədə razılığa gəliblər. Ondan 2024-cü ilin iyun ayında 15 min manat alıblar.
Bundan əlavə, onlar Texnologiya müəllimi Şirin Qafarovanın işlə təmin olunması üçün onun bacısı Günayla birlikdə görüşüblər. Razılığa gəldikdən sonra bacılardan 10 min manat alıblar.
Daha sonra Tarix müəllimi Nəsimi Kərimovun Binə qəsəbəsində olan orta məktəbdəki iş yerindən yaşayış yeri üzrə Xətai rayonunda yerləşən orta məktəblərdən birinə dəyişdirilməsi üçün 12 min manat alıblar.
İttihama göstərilib ki, daha bir neçə nəfəri də eyni üsulla aldadıblar. Həmçinin bir neçə nəfəri də ali məktəbə qəbul etdirmək adı ilə dələduzluq ediblər. Cinayət işi üzrə ziyanın ümumi məbləği 660 min 500 manat miqdarındadır.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.
İttihama münasibət bildirən Məlahət Mustafayeva və Tahirə Şamilova özünü qismən təqsirli bilib. Digər iki təqsirləndirilən - Təranə Cəfərova isə özünü təqsirli bilməyib. O, ittihamları qətiyyən qəbul etməyib.
Hacı Zeynalov