AZ

Sərnişin təyyarəsində kütləvi çaxnaşma - 25 yaralı

ABŞ-dən Hollandiyanın paytaxtı Amsterdama uçan Delta Air Lines sərnişin reysində şiddətli turbulentlik nəticəsində 25 nəfər yaralanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə, Solt Leyk Sitidən Amsterdama uçan DL56 reysi üzrə baş verib. Təyyarə, şiddətli turbulentlik səbəbindən Minneapolis-Saint Paul Beynəlxalq Hava Limanına təcili eniş edib.

Delta Air Lines, Airbus A330-900 təyyarəsinin turbulentliklə qarşılaşdığını və təcili eniş etdiyini təsdiq edib. Şirkətin açıqlamasında, "Gələn kimi tibb qrupları sərnişinləri və kabin heyətini qiymətləndirdi. İyirmi beş nəfər müalicə üçün xəstəxanaya aparıldı" deyilir.

Delta, sərnişinlərə və ekipaj üzvlərinə kömək etmək məqsədilə xüsusi "Delta Baxım Qrupu"nun yaradıldığını da açıqlayıb. Təyyarədəki sərnişin və ekipaj sayı ilə bağlı əlavə məlumat verilməyib.

Seçilən
9
manset.az

1Mənbələr