AZ

4 uşaq anası başqa şəxsə qoşulub qaçdı - Aliment ödəmədiyi üçün cəzalandırıldı

4 uşağına görə aliment ödəməyən qadın məsuliyyətə cəlb olunub. Məlum olub ki, alimenti ödəməyən qadın məhkəmə qərarını icra etmədiyinə görə 4 dəfə də cərimə olunubmuş.

Referans xəbər verir ki, Göyçay rayon sakini olan 32 yaşlı Zərifənin birinci evlilikdən 4 uşağı olub. O, başqa bir şəxsə qoşularaq qaçıb. Onun azyaşlı uşaqları xəstə olan ərinin himayəsində qalıb.

Məhkəmənin qərarı ilə Zərifənin hər uşağa görə 50 manat aliment ödənilməsi qərara alınıb. Lakin illər keçsə də Zərifə aliment ödəməyib. Onun alimentə görə yaranmış 6 min manat borcu var.

Zərifə məhkəmə qərarnı icra etmədiyi, alimenti ödəmədiyi üçün 500, 1000, 1500 və 2000 min manat pul cəzasına məhkum edilib. Lakin yenə də alimenti ödəməyib.

Sonuncu dəfə isə məhkəmə qərarını icra etmədiyinə görə məsuliyyətə cəlb edilib. Bu dəfə onun barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Lakin onun hazırda birlikdə yaşadığı şəxsdən hamilə olduğu üçün cəzanın çəkilməsi uşağın 14 yaşı olana qədər təxirə salınıb.

Zərifə dindirilən zaman bildirib ki, maddi imkanı yaxşı olmadığı üçün aliment ödəyə bilmir. O, qardaşlarının işləməsinə icazə vermədiyini də söyləyib.( Musavat.com)

Seçilən
10
referans.az

1Mənbələr