“Türkiyə Silahlı Qüvvələri qardaş və dost Azərbaycana dəstəyini davam etdirir”.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk məlumat verib.
“Türkiyə Silahlı Qüvvələrimiz ikitərəfli əlaqələr və beynəlxalq missiyalar çərçivəsində qardaş, dost və müttəfiq ölkələrə, xüsusilə Kipr, Azərbaycan, Liviya, Kosovo, Bosniya-Herseqovina və Qətərə dəstəyini davam etdirir və bununla da geniş coğrafiyada qlobal təhlükəsizliyə, sülhə və sabitliyə mühüm töhfələr verir”, - ölkə rəsmisi bildirib.