AZ

Suriyanın müvəqqəti Prezidenti Moskvaya dəvət ediləcək

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Kreml Suriyanın müvəqqəti Prezidentini Moskvada görmək istəyir.

Rusiya Suriyanın müvəqqəti Prezidenti Əhməd Əl Şaraanın bu ilin oktyabr ayında keçiriləcək ilk Rusiya-ərəb sammitində iştirak edəcəyini gözləyir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın xarici işlər naziri Əsəd Əl Şeybani ilə görüşü zamanı deyib: "Əlbəttə ki, biz Prezident Əl Şaraanın oktyabrın 15-də keçiriləcək ilk Rusiya-Ərəb Liqası Dövlətləri sammitində iştirak edə biləcəyinə ümid edirik".

Kremlin mətbuat katibi Dmitri Peskov da Suriyanın yeni rəhbərliyinin oktyabr ayında keçirləcək tədbirə dəvət ediləcəyini bildirib.

Hürr Tərcüman

 

Seçilən
6
hurriyyet.az

1Mənbələr