AZ

Mediasiya Şurası 2-ci rübün hesabatını təqdim etdi | SƏNƏD

2025-ci ilin 2-ci rübü ərzində mediasiya təşkilatlarına ümumilikdə 13.430 müraciət daxil olub. Daxil olan müraciətlərdən 11.995-i ailə mübahisələri, 1238-i əmək mübahisələri, 51-i kommersiya mübahisələri, 146 müraciət isə mülki mübahisələr üzrədir.

Daxil olan müraciətlərdən 11.728 müraciət nəticələnib. Tamamlanan işlərdən İlkin Mediasiya Sessiyasında (İMS) bir tərəfin iştirak etmədiyi işlərin ümumi sayı 5.945, xitam verilən və mediasiyadan imtina edilən işlərin ümumi sayı 1.469-dur.

2025-ci ilin 1-ci rübündə ümumilikdə 2.133 barışıq sazişi imzalanmışdır ki, bu da 49.4% uğurlu nəticə deməkdir.

Qeyd edək ki, hesabatda həmçinin mediasiya təşkilatları ilə bağlı ümumi məlumatlar, əlaqə vasitələri, məxfiliyi qorumaqla hər bir mediasiya təşkilatı ilə əmək və mülki müqavilə əsasında işləyən mediatorların adlı siyahıları, icraatlarındakı işlərin və həmin işlər nəticəsində əldə etdikləri barışıq sazişlərinin sayı əks olunub. Bununla yanaşı, mediasiya təşkilatlarına daxil olan işlər və onların mübahisə növü üzrə təsnifatı kimi ətraflı məlumatlar da ictimai diqqətə çatdırılıb.
Seçilən
23
1
azvision.az

2Mənbələr