İsrailli ekspert Şai Qal bildirib ki, Netanyahu höküməti Şimali Kiprlə bağlı problemi həll etməli və adanı “işğaldan” azad etməyi qarşısına məqsəd qoymalıdır...
Politoloq: “Belə bir ehtimal sıfıra bərabərdir. Sadəcə İsraildə irqçilik, şovinizm və dini avantura ilə zəhərlənmiş beyinlər var ki, zaman-zaman belə açıqlamaları biz bu məxluqlardan eşidirik”.
“İsrailin ABŞ ilə birlikdə İrana qarşı 12 gündən artıq müharibəni davam etdirə bilmədi. Türkiyə isə İran deyil”.
Bu sözləri politoloq Natiq Miri İsrailli ekspertin Şimali Kipr iddiasını Poliqon-a şərh sayı qeyd edib.
Dünən İsrailli ekspert Şai Qal bildirib ki, Netanyahu höküməti Şimali Kiprlə bağlı problemi həll etməli və adanı “işğaldan” azad etməyi qarşısına məqsəd qoymalıdır.
Yaxın Şərqdəki ağır vəziyyət fonunda belə bir açıqlamanın verilməsini necə dəyərləndirmək olar? İsrailin Şimali Kiprə zərbələrə endirməsinə cəsarət edə biləcəyinə ehtimal vermək olarmı? Ümumiyyətlə, yaxın zamanlarda Aralıq dənizinin şərqində Türkiyə-İsrail qarşıdurması mümkün görünürmü?
Türkiyə-İsrail müharibəsinin mümkünlüyünü Poliqon-nun əməkdaşı Milli Təhlükəsizlik İnstitutunun sədri, politoloq Natiq Miri ilə müzakirə edib.
Natiq Miri: “Belə bir qarşıdurmada İsrail yalnız bir şey haqqında düşünə bilər. Bu da İsrailin neçə gün qardaş Türkiyənin hücumlarına davam gətirə bilməsidir”.
Əgər Netanyahu höküməti xülyalarla yaşayan irqçilik, şovinizmlə davam edərsə, belə bir ehtimal hansısa mərhələdə ortaya çıxa bilər və Türkiyə-İsrail qarşıdurma baş verə biləcəyini vurğulayan politoloq Poliqon-açıqlamasında qeyd edib ki, bu da İsrail dövlətinin birdəfəlik yox olması deməkdir:
“Belə bir ehtimal sıfıra bərabərdir. Sadəcə İsraildə irqçilik, şovinizm və dini avantura ilə zəhərlənmiş beyinlər var ki, zaman-zaman belə açıqlamaları biz bu bəşərlərdən eşidirik. Ancaq İsrailin Şimali Kiprə zərbə endirməsi və Kipri azad etmək ehtimalı sadəcə olaraq boyundan yuxarı atılmış addımdan başqa bir şey deyil.
İsrailin ABŞ ilə birlikdə İrana qarşı 12 gündən artıq müharibəni davam etdirə bilmədi. Türkiyə də İran deyil. Paralel olaraq İranla İsrail arasında quru sərhədlərin mövcud olmadığı halda, Türkiyə bu gün Suriyada hərbi cəhətdən mövcuddur.
Natiq Miri: “Bu açıqlamanı sadəcə bir xəstə təxəyyüldən çıxan açıqlama kimi qəbul etmək lazımdır”.
Belə bir qarşıdurmada İsrail yalnız bir şey haqqında düşünə bilər. Bu da İsrailin neçə gün qardaş Türkiyənin hücumlarına davam gətirə bilməsidir. Yoxsa ki, İsraillə Türkiyənin davamlı müharibəsindən danışmaq boşdur.
Əgər Netanyahu höküməti xülyalarla yaşayan irqçilik, şovinizmlə davam edərsə, belə bir ehtimal hansısa mərhələdə ortaya çıxa bilər və Türkiyə-İsrail qarşıdurma baş verə bilər. Bu da İsrailin birdəfəlik yox olması deməkdir. Düşünürəm ki, bunu İsraildə anlayan başlar var. Buna görə də, bu açıqlamanı sadəcə bir xəstə təxəyyüldən çıxan açıqlama kimi qəbul etmək lazımdır. Bunun başqa heç bir perspektivi yoxdur”.
Nərminə Umudlu
Poliqon.info