AZ

“ABŞ İrana vurduğu zərəri kompensasiya etməlidir” - İran

İranın xarici işlər naziri Abbas Erakçi, ABŞ-nin nüvə danışıqlarına başlamadan əvvəl, 12 günlük müharibə zamanı İrana vurduğu zərəri ödəməli olduğunu bildirib.


Manset.az xarici mediaya istinadla xəbər verir ki, o, Tramp administrasiyasının İrandan “sıfır zənginləşdirmə” tələb etməsi səbəbindən heç bir razılaşmanın olmayacağını qeyd edib.

Erakçi həmçinin, İsrailin 13 iyun tarixində İrana qarşı hücum etməsindən sonra nüvə danışıqlarının dayandığını və ABŞ-dən gələcək hücumlara qarşı zəmanət istədiklərini vurğulayıb.

İran, 2015-ci il nüvə sazişi üzrə öhdəliklərini tədricən dayandırıb və Avropanın “tətik mexanizmi” ilə sanksiyaları bərpa etməyə cəhd etməsini hüquqi cəhətdən etibarsız sayır.

Seçilən
4
manset.az

1Mənbələr