Ümumi sahəsi 135,4 hektar olan Uzunoba Dövlət Meşəsində yaşıllıqların qorunması və meşə təsərrüfatının dayanıqlı inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Ekologiya.az-ın bölgə müxbirinə bildirilib ki, ərazi alaq otlarından təmizlənib, damcılı suvarma sistemlərində təmir işləri aparılıb. Eyni zamanda, meşəni mümkün yanğın təhlükəsindən qorumaq məqsədilə mühafizə zolağı çəkilib.
Görülən tədbirlər meşə ekosisteminin sağlamlığına və yanğın risklərinin minimuma endirilməsinə xidmət edir.