AZ

Kamçatka yaxınlığında 6,3 bal gücündə təkrar zəlzələ baş verib

İyulun 30-da güclü təkanlardan sonra Kamçatka sahillərində Sakit okeanda 6,3 bal gücündə zəlzələ qeydə alınıb.Bu barədə cümə axşamı, iyulun 31-də Telegramda Rusiya Elmlər Akademiyasının (RAS) Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 178 km şərqdə, ocağı isə 39,4 km dərinlikdə yerləşib.

Ötən gecə seysmoloqlar 200-dən çox afterşok (yeraltı təkan) qeydə alıblar.

Çərşənbə günü, iyunun 30-da Kamçatka yaxınlığında 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib.

Geofizika Xidmətinin Kamçatka bölməsi onun maqnitudasının 8,7-yə çatdığını bildirib. ABŞ Geoloji Xidməti 8,8 bal gücündə qiymətləndirib. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələ Kamçatkanın şərq sahillərindən təqribən 136 kilometr aralıda, ocağı isə 19,3 kilometr dərinlikdə yerləşib.

Almaz Həsənli

Seçilən
42
oxumeni.az

1Mənbələr