AZ

Bu qidalar yuxuya getməniasanlaşdırır

Yuxusuzluqla mübarizə aparan insanlar axşam menyularına bəzi xüsusi qidaları əlavə etməklə yuxuya getməni asanlaşdıra bilərlər.

Redaktor.az xəbər verir ki, bu barədə həkim Jose Manuel Felices “La Razon” nəşrinə danışıb.

Mütəxəssis bildirib ki, ilk növbədə püstə istehlakı tövsiyə olunur. Bu çərəz tərkibində yüksək miqdarda melatonin  yuxu hormonunu və maqneziumu ehtiva edir ki, bu da yuxunun keyfiyyətini artırmağa kömək edir.

İkinci tövsiyə edilən məhsul banandır. Felices izah edib ki, banan triptofan adlı maddə ilə zəngindir. Bu maddə isə serotoninin yuxu dövrünü tənzimləyən neyrotransmitterin sintezi üçün vacibdir.

Üçüncü məhsul kimi isə toyuq döşü qeyd olunur. Həkim vurğulayıb ki, bu məhsul da triptofanla zəngindir, lakin yağ tərkibi az olduğu üçün yeməkdən sonra mədədə ağırlıq yaratmır.

Sonda Felices əlavə edib ki, qidalanma yuxusuzluğa qarşı yalnız əlavə vasitədir. Effektiv nəticə üçün düzgün yuxu rejiminə əməl etmək və axşam saatlarında ekran qarşısında vaxtı azaltmaq da vacibdir.

Aytəkin TOFİQQIZI

Seçilən
31
redaktor.az

1Mənbələr