Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu avqustun 1-2-də Qırğızıstana səfər edəcək.
Bu barədə “Report” Qırğızıstanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
"Səfər zamanı Qırğızıstan və Qazaxıstan XİN başçıları arasında siyasi, ticari-iqtisadi, mədəni-humanitar və digər sahələrdə ikitərəli münasibətlərin daha da möhkəmləndirilməsi ilə bağlı danışıqlar aparılacaq", - məlumatda bildirilib.