“Atletiko” futbolçusu Tomas Lemarı icarəyə verib.
Futbolpress.az xəbər verir ki, fransalı yarımmüdafiəçi 2025/26 mövsümünü “Jirona”da keçirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Lemar 2018-ci ildə Fransa yığması ilə dünya çempionu olub. O, ötən mövsümdə “Atletiko” formasıyla 8 oyuna çıxıb.