Dövlət Dil Komissiyasının yeni tərkibi müəyyənləşəcək.
Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti Dövlət Dil Komissiyasının yeni tərkibi ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir. pizza hut
Xatırladaq ki, Dövlət Dil Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2017-ci il tarixli Sərəncamına əsasən komissiya aşağıdakı tərkibdə təsdiqlənib:
Komissiyanın sədri
İlham Əliyev – Azərbaycan Respublikasının Prezidenti
Komissiya sədrinin müavinləri
Mehriban Əliyeva – Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Ramiz Mehdiyev – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
Akif Əlizadə – AMEA-nın prezidenti
Anar Rzayev – Azərbaycan Yazıçılar Birliyinin sədri
Komissiyanın üzvləri
Vasif Talıbov – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Elçin Əfəndiyev – Azərbaycan Respublikası Baş nazirinin müavini
Hacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısı
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri
Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri
Əli Həsənov – Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri
İsa Həbibbəyli – AMEA-nın vitse-prezidenti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin Təhsil komitəsinin sədri, AMEA-nın həqiqi üzvü
Rafael Hüseynov – Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri, AMEA-nın həqiqi üzvü
Kamal Abdullayev – Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü
Nizami Cəfərov – Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü
Vasim Məmmədəliyev – Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, AMEA-nın həqiqi üzvü
Teymur Kərimli – AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü
Möhsün Nağısoylu – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü
Muxtar İmanov – AMEA-nın Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü
Əbülfəz Quliyev – AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
Arif Alışanov – “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Mövlud Süleymanlı – xalq yazıçısı
Sabir Rüstəmxanlı – xalq şairi
Adil Babayev – Azərbaycan Dillər Universitetinin kafedra müdiri, professor
Mübariz Yusifov – Gəncə Dövlət Universitetinin filologiya fakültəsinin dekanı, professor
Elbrus Əzizov – Bakı Dövlət Universitetinin professoru
Buludxan Xəlilov – Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru
Аydın Ələkbərov – filologiya elmləri doktoru, professor
İsmayıl Məmmədov – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor
Sayalı Sadıqova – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor
Afaq Vəliyeva – Tərcümə Mərkəzinin direktoru
Əflatun Amaşov – Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Aydın İbadov – Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin direktoru
Telegram kanalımız