AZ

Suriya XİN: Müharibədən yorulmuşuq

BAKI, 31 iyul. TELEQRAF

Dəməşq İsrailə qarşı heç bir aqressiv niyyət daşımır və ölkədə sabitlik qurmağa çalışır.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın xarici işlər naziri Əsəd Şibani Moskvada rusiyalı həmkarı Sergey Lavrovla danışıqlar zamanı bildirib.

"Bizdə İsrailə qarşı aqressiv plan yoxdur. On illik müharibədən yorulmuşuq, vətəndaşların birləşməsini istəyirik. Çoxlu qaçqın və məcburi köçkün var, buna görə sabitliyə ehtiyacımız var",- o qeyd edib.

Seçilən
23
1
teleqraf.com

2Mənbələr