AZ

"Həmin futbolçuların başqa seçimi olmadığından..." - niyə məhz Qırğızıstan?

Premyer-liqada yay "transfer pəncərəsi"nin diqqətçəkən məqamlardan biri də dörd azərbaycanlı futbolçunun Qırğızıstana yollanması oldu. Bunlar Mirabdulla Abbasov, İlkin Muradov, Orxan Əliyev və Elmir Tağıyevdi. Xatırladaq ki, Mirabdulla ilə İlkin "Abdış-Ata"nın, Orxan "Uzgen"in, Elmir “Dordoy”un formasını geyir.

Bəs həmyerlilərimizi Qırğızıstan seçiminə sövq edən səbəblər hansıdı? Axı söhbət Azərbaycan premyer-liqasından daha zəif çempionatdan gedir. Bu barədə təcrübəli menecer Vaqif Heydərlinin fikirlərini öyrəndik. Onun "Football-plus.az"a cavabı:
"Bu məsələyə fərqli yanaşmaq lazımdı. Birinci səbəb futbolçuların klublarında yetərincə şans qazanmamasıdı. Orda həmin futbolçulara ehtiyac var. Digər səbəb isə Qırğızıstanda daha çox əməkhaqqı almalarıdı. Etiraf edək ki, Azərbaycanda yerli futbolçular başqa ölkələrlə müqayisədə az maaş alır. Hətta bu siyahıya Qırğızıstan da daxildi. Nəhayət, bu cür addımlar həm də məcburiyyət səbəbindən atılır. Ona görə ki, premyer-liqada legioner limiti ləğv olundu. Belədə yerli oyunçulara olan tələbat azaldı. Görünür, həmin futbolçuların başqa seçimi olmadığından məhz Qırğızıstana yollanmalı olublar. O başqa məsələ ki, Azərbaycan premyer-liqası bu çempionatla müqayisədə çox güclüdü. Bu məqamı müzakirə və ya mübahisə etmək vaxt itkisi olar".
KƏNAN BAHADIR
Seçilən
10
football-plus.az

1Mənbələr