AZ

“Ukraynada müharibə bitdikdən sonra Rusiya qonşu ölkələrdə sabitliyi pozmağa çalışacaq” - Zelenski

“Rusiya qəddar zorakılıq, insan hüquqlarına və bərabərliyinə tam etinasızlıq dövründə ilişib qalıb”.

Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bütün dünya onu müharibəni dayandırmağa çağırsa da, Rusiya zərbə vurmağa davam edir. Bu Rusiyanın başlatdığı və onun rəhbərliyinin istədiyi müharibədir”, - deyə siyasətçi vurğulayıb.

Zelenski bildirib ki, biz Rusiyanın hərbi maşınının qarşısını tamamilə almalıyıq, onun müdafiə sənayesini məhv etməli, enerji gəlirlərini məhdudlaşdırmalı və nəhayət, özümüzü təcavüzdən müdafiə etmək üçün Rusiyanın bütün dondurulmuş aktivlərindən, o cümlədən talan edilmiş sərvətlərdən istifadə etməliyik.

O, həmçinin əlavə edib ki, indi yalnız Rusiyanın aktivlərini dondurmağın vaxtı deyil, onları müsadirə etməyin vaxtıdır.

Bundan əlavə, Zelenski qeyd edib ki, dünya Rusiyadakı rejimi dəyişmək niyyətində deyilsə, bu o deməkdir ki, müharibə bitdikdən sonra da Moskva qonşu ölkələrdə sabitliyi pozmağa çalışacaq.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr