AZ

Pambıq ixracından gəlirlər xeyli azalıb - RƏQƏMLƏR

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın pambıq mahlıcı ixracında azalma müşahidə olunub. Hesabat dövründə xaricə 98,6 milyon ABŞ dolları dəyərində pambıq mahlıcı ixrac edilib.

FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda bildirilir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,2 milyon dollar və ya 15,6% azdır. 2024-cü ilin ilk altı ayında bu məhsuldan 116,8 milyon dollarlıq ixrac həyata keçirilmişdi.

Azalma iyun ayında daha kəskin olub. Belə ki, iyun ayında cəmi 9,8 milyon dollarlıq pambıq mahlıcı ixrac edilib ki, bu da illik müqayisədə 7,5 milyon dollar (43,4%) azalma deməkdir.

Seçilən
9
fed.az

1Mənbələr