
2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən 5 sosial islahat paketinin icrası digər sosial ödənişlər kimi birdəfəlik müavinətlərdə də ciddi artımlara imkan verib.Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Bildirilib ki, həmin dövrdə birdəfəlik müavinətlərin məbləği uşağın anadan olmasına görə 6,7 dəfə artırılaraq 600 manata, dəfn üçün isə 5 dəfə artırılaraq 600 manata çatdırılıb. Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün birdəfəlik müavinətdə də 1,5 dəfə artım olub və hazırda məbləği 300 manatdır.Cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin məbləği isə 2018-2025-ci illərdə 3,5 dəfə artırılaraq 1600 manata çatdırılıb.Ulusum.az
Diqqət Çəkənlər
ABŞ-a "diz çökən Avropa": Trampın “Amerika hər şeydən əvvəl” siyasəti qalib gəlir
Sunami panikası, tıxac və Oprah qalmaqalı – Havay adaları silkələndi
Trampdan Epşteyn etirafı: “Gənc qızlarımızı oğurlayırdı, qovdum!”