AZ

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşdü

Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Husyev arasında görüş olub.

Bununla bağlı səfir Yuriy Husyev özünün X hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu. Ölkələrimiz arasında strateji əməkdaşlığı dərinləşdirməyin yollarını müzakirə etdik. Azərbaycanın Ukrayna ilə həmrəyliyi və davamlı dəstəyi üçün minnətdaram”, – deyə səfir qeyd edib.

Seçilən
42
12
afn.az

10Mənbələr