AZ

İranda İsrailə görə 3 nəfər həbs edildi

SEPAH-ın kəşfiyyat və təhlükəsizlik bölməsinin əməkdaşları İranın Dəmavənd şəhərində 3 nəfəri həbs edib.

Axar.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, onlar İsrail və müvafiq qruplarla əməkdaşlıqda günahlandırılıblar.

Saxlanılanların kimliyi barədə açıqlama verilməyib.

Seçilən
21
axar.az

1Mənbələr