AZ

Dəb, yoxsa dəyərlərin məhvi?

Yay fəsli tətil, səyahət və istirahət dövrü olmaqla yanaşı, bir sıra sağlamlıq risklərini də özü ilə gətirir. İsti hava şəraiti, qida və su rejiminin dəyişməsi, gigiyenik qaydalara diqqətsizlik bəzi xəstəliklərin yay aylarında artmasına səbəb olur.

SİA mövzu ilə bağlı araşdırma aparıb.

İstivurma (günvurma)

Səbəbi uzun müddət birbaşa gün şüaları altında qalmaqdır. Əlamətləri baş ağrısı, ürəkbulanma, halsızlıq, yüksək bədən temperaturu, huşun itməsidir.
Profilaktika üçün günün ən isti saatlarında (12:00–16:00) çöldə olmamaq, papaq, eynək, günqoruyucu kremdən istifadə etmək, bol maye qəbul etmək lazımdır.

Qida zəhərlənməsi

Səbəbi itidə tez xarab olan qidalar – süd məhsulları, ət, dəniz məhsulları, bayat salatlardır. Əlamətləri qarın ağrısı, ishal, qusma, hərarət, susuzlaşmadır. Profilaktika üçün təzə və etibarlı mənbədən alınmış qidalardan istifadə edin, yaxşı bişmiş yeməklərə üstünlük verin, soyuq zəncirə riayət edilməyən məhsullardan uzaq durun, əlləri yeməkdən əvvəl və sonra yaxşı yumaq.

Bağırsaq infeksiyaları

Səbəbi natəmiz su, çiy meyvə-tərəvəzlər, gigiyena qaydalarına əməl olunmamasıdır.
Əlamətləri ishal, qızdırma, qarın ağrısı, ümumi halsızlıqdır.

Profilaktika üçün su mənbəyinin təmizliyinə əmin olun, meyvə-tərəvəzləri bol su ilə yuyun, əl gigiyenasına ciddi diqqət edin.

İnsektlərin yaydığı xəstəliklər (sancmalar, allergiya, yoluxucu xəstəliklər)

Səbəbi ağcaqanad, milçək, kənə kimi həşəratların çoxalmasıdır. Əlamətləri dəridə qaşınma, qızartı, qızdırma və bəzən infeksiyadır. Profilaktika üçün qapı və pəncərələrə tor taxmaq, antihəşərat spreyləri və dərilərə sürtülən qoruyucu vasitələrdən istifadə, təbiətdə istirahət zamanı uzun geyimlər geyinmək lazımdır.

Göbələk infeksiyaları

Səbəbi tərləmə, nəm mühit, ictimai hovuz və çimərliklərdir. Əlamətləri əridə qızartı, qaşınma, qabarıqlıqdır. Profilaktika üçün Ayaqları və bədəni daim quru saxlamaq, ictimai hovuzlarda şəxsi dəsmal, terlik, sabundan istifadə, sintetik deyil, pambıq geyimlər geyinmək lazımdır.

İstilik və susuzluğa bağlı halsızlıq

Səbəbi yüksək temperatur və az maye qəbuludur. Əlamətləri başgicəllənmə, təzyiqin düşməsi, zəiflik, diqqətin yayınmasıdır. Profilaktika üçün ərzində 2–2.5 litr su qəbul edin, qəhvə, qazlı və şəkərli içkilər əvəzinə təbii sərinləşdiricilərə üstünlük verin, ağır yeməklərdən uzaq durun.

Yay aylarında sağlam qalmaq üçün qida təhlükəsizliyi, gigiyena, sərinləmə üsulları və günəşdən qorunma tədbirləri əsas şərtlərdir. Sadə ehtiyat tədbirləri ilə həm sağlamlığınızı, həm də yay istirahətinizi qorumaq mümkündür.

Valideynlər üçün: Uşaqları yay xəstəliklərindən necə qoruyaq?

Yay aylarında uşaqlar açıq havada daha çox vaxt keçirir, sərin içkilər və dondurma kimi məhsullardan istifadə edir. Bu isə bəzi xəstəliklərə yol aça bilər:

Ən çox rast gəlinən hallar:
İshal və qusma: Bayat və ya çirkli su ilə təmasda olan qidalar səbəb olur.

Günvurma: Başıaçıq və uzun müddət günəş altında oynayan uşaqlarda daha tez-tez görülür.

Tərləməyə bağlı göbələk infeksiyaları

Nə etməli?

Yeyəcəkləri qidaların təzə və təmiz olduğuna əmin olun.

Günün isti saatlarında çöldə oynamağı məhdudlaşdırın.

Papaq, açıq rəngli geyim və günəşdən qoruyucu krem istifadə edin.

Bol su və evdə hazırlanmış kompotlara üstünlük verin.

İctimai hovuzlardan istifadə zamanı şəxsi gigiyenaya diqqət edin.

Hamilələr üçün: Yay aylarında sağlam və təhlükəsiz qalmaq

Hamiləlik dövründə yay istiləri bədəni daha da həssaslaşdırır. Susuzlaşma, təzyiqin düşməsi, günvurma və bəzi infeksiyalar bu dövrdə daha təhlükəli ola bilər.

Risklər:
- Susuzlaşma və halsızlıq

- Yüksək temperatur nəticəsində təzyiqin dəyişməsi
- Qida zəhərlənməsi
- Dəri səpgiləri və göbələk infeksiyaları

Profilaktik tövsiyələr:
- Gün ərzində ən azı 2.5 litr su için, amma birdən yox – az-az, tez-tez.
- Çöldə gəzərkən başınızı örtün, günəşdən qoruyucu krem çəkin.
-Bayat, açıqda satılan süd və ət məhsullarından uzaq olun.
- İncə, pambıq geyimlər geyin və bədəni nəm saxlamayın.
- İstirahət üçün kölgəli və havalı yerlərə üstünlük verin.

Yaşlılar üçün: Yay aylarında sağlam qalmağın yolları

Yaşlı insanlarda yay xəstəlikləri daha ağır keçə bilər. Xüsusilə təzyiq, şəkər, ürək-damar problemləri olanlar daha ehtiyatlı olmalıdır.

Risklər:
- İstivurma və halsızlıq
- Susuzlaşma və elektrolit itkisi
- Mədə-bağırsaq pozğunluqları
- İstiyə bağlı təzyiq dəyişmələri

Nə etməli?
Hər gün bol su için, lakin birdən-birə deyil. Evdə və ya kölgədə istirahət edin, günün isti saatlarında çölə çıxmayın. Yüngül və duzlu mayelər (məsələn, ayran) orqanizmi tarazlıqda saxlayır. Yeməklər az yağlı, təzə və ev şəraitində hazırlanmış olsun. Təcili hallarda başgicəllənmə, ürəkdöyünmə və ya zəiflik hiss edilərsə, dərhal həkimə müraciət edilməlidir.

Ayşən Vəli

Seçilən
25
sia.az

1Mənbələr