Bu ilin yanvar-iyun aylarında Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 1 milyon 217 min 373 nəfər təşkil edib.
Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycana səfər edənlərin 69.2%-i ( 842 466 nəfər) turizm məqsədi ilə, 30.8%-isə (374 907 nəfər) digər məqsədlərlə gəlib
Turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xərcləri 1 milyard 539 milyon 782 min 200 manat olub.
Ən çox pul xərcləyən turistlər Rusiyadan gəlib. Belə ki, Rusiyadan gələn turistlər bu dövrdə Azərbaycanda 421 milyon 920.4 min manat pul xərcləyib.
Turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin turizm məqsədilə çəkdikləri xərclərin bölgüsü ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Mayya Hüseynova