AZ

"O, milliyə əhval-ruhiyyə qaytardı"

"Bavariya" klubunun prezidenti Herbert Heyner, Yulian Naqelsmanın Almaniya millisi ilə bağlı işini şərh edib.

90deqiqe.Az xəbər verir ki, "Sport Bild" funksionerin dediklərini belə çatdırıb.

"Şübhəsiz ki, Yulian milliyə əhval-ruhiyyə qaytardı. 2026-cı il dünya çempionatında çətin olacaq, amma Almaniyanın hər zaman yaxşı uğur şansları var. «Bavariya»nın oyunçuları adətən millinin əsasını təşkil edir – bu, klubumuz üçün xoş bir ənənədir. Əsas prioritetimiz «Bavariya»nın uğuru olsa da, əlbəttə ki, hər zaman millinin əldə etdiyi nailiyyətlərdən də məmnunuq"

Naygelsman 2023-cü ilin yazında Münhen klubunu tərk edib və altı ay sonra Almaniya millisini çalışdırmaq üçün vəzifəyə gətirilib.

Almaniya millisi 2024-cü il ev sahibliyi etdiyi Avropa çempionatında 1/4 finala yüksəlib və orada İspaniyaya məğlub olub.

Seçilən
8
90deqiqe.az

1Mənbələr