AZ

Suriya və  İsrail rəsmiləri  Bakıda danışıqlar aparacaq

Vətəninfo.az xəbər verir ki, diplomatik mənbələrin AFP-yə verdiyi məlumata görə, Suriya prezidenti Əhməd əş-Şəra hökumətinin xarici işlər naziri Əsəd əş-Şeybani və İsrailin strateji işlər naziri Ron Dermer bu gün Bakıda ikinci dəfə görüşəcəklər. Görüşdə əsas müzakirə mövzusu Suriyanın cənubunda təhlükəsizliklə bağlı vəziyyət olacaq.

Məlumata görə, tərəflər ilk dəfə ötən həftə Parisdə, ABŞ-nin vasitəçiliyi ilə görüşüblər. Həmin görüşdə 1974-cü il atəşkəs razılaşmasının bərpası və Süveyda vilayətindəki gərginliyin azaldılması yolları müzakirə edilib. Son iğtişaşlarda 1400-dən çox insan həyatını itirib.

Qeyd olunub ki, Bakı artıq bir neçə dəfə bu cür danışıqlara ev sahibliyi edib. İsrailin “Haaretz” qəzetinin məlumatına görə, bu görüşlər Qolan Təpələri bölgəsində təhlükəsizliyin təmin olunmasına yönəlib.

Seçilən
24
veteninfo.az

1Mənbələr