Vətəninfo.az xəbər verir ki, İranın Narkotiklərlə Mübarizə Polisi İdarəsinin rəisi İrəc Kakavənd bildirib ki, Ərbəin ziyarəti üçün İraqın Kərbəla şəhərinə yollanan bəzi ziyarətçilər narkotik maddələr apardıqları üçün sərhəddə saxlanılırlar.
Onun sözlərinə görə, bu hal narahatlıq doğurur və qarşısını almaq məqsədilə sərhəd-keçid məntəqələrində narkotik axtaran itlər, qabaqcıl texnika və təcrübəli əməkdaşlar yerləşdirilib.
Kakavənd xəbərdarlıq edib ki, şübhəli şəxslər ciddi şəkildə yoxlanılacaq. Qeyd olunur ki, əvvəlki illərdə də Ərbəin mərasimləri zamanı İraq polisi yüzlərlə iranlını narkotik qaçaqmalçılığı ittihamı ilə saxlayıb.