AZ

Almaniya XİN rəhbəri bu gün İsrailə səfər edəcək

Almaniya

Almaniyanın xarici işlər naziri Yohan Vadeful bu gün İsrailə səfər edəcək.

APA bu barədə İsrail mətbuatına istinadən xəbər verir.

Məlumata görə, almaniyalı nazir İsrail rəsmiləri ilə Qəzzadakı humanitar vəziyyətlə bağlı müzakirə aparacaq.

Tərəflərin Fələstin dövlətinin tanınması məsələsi ilə əlaqədar fikir mübadiləsi aparacağı da güman olunur.

Qeyd edək ki, Almaniya XİN rəhbərinin İsrailə səfəri əvvəlcədən elan olunmamışdı.

Seçilən
40
8
xalqcebhesi.az

9Mənbələr