AZ

Lavrov: "Moskva Suriya üçün köməyə hazırdır"

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov suriyalı həmkarı Əsəd əl-Şibani ilə görüşünün yekununda jurnalistlərə açıqlamasında dilə gətirib. O vurğulayıb ki, danışıqlar əsnasında iki ölkə arasında təmasların davamı üzrə razılığa gəliblər.

"Suriyanın nümayəndə heyəti bu gün Moskvada müxtəlif səviyyələrdə görüşlər keçirəcək. Bu cür görüşlər Moskva ilə Dəməşq arasında dialoqun inkişafında müsbət rol oynayacaq. Eyni zamanda, Rusiya vətəndaşlarının təhlükəsizliyi naminə addımlar atdığı üçün Suriyaya minnətdarıq", - Lavrov bildirib.

Nazir söyləyib ki, Moskva Suriyada sentyabr ayında seçkilərin keçirilməsini, yeni hökumətin qurulmasını dəstəkləyir.

Firudin Həmidli
AzVision.az
Seçilən
31
1
azvision.az

2Mənbələr