İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) nəqliyyat vasitələrinin tam könüllü (KASKO) sığortalanması xidməti üçün açıq tender elan edib.
“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 12 manatdır.
İddiaçılar təkliflərini avqustun 20-nə qədər AZPROMO-nun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 44 ünvanına təqdim edə bilərlər.
Təkliflərə avqustun 20-də, saat 18:00-da qeyd olunan ünvanda baxılacaq.