Türkiyənin Nüfus və Vətəndaşlıq İşləri Baş İdarəsinin verdiyi məlumata görə, Türkiyədə köhnə tip sürücülük vəsiqələri 1 avqust 2025-ci ildən etibarən qüvvədən düşəcək. Təxminən 2 milyon nəfər hələ də vəsiqəsini yenilətməyib.
News24.az xəbər verir ki, bu günə qədər vəsiqə yeniləmə prosesi cəmi 15 lirəyə başa gəlirdisə, sabahdan etibarən B kateqoriyası üzrə bu məbləğ 7 min 438 lirəyə qədər artacaq. Yeni qiymət vəsiqəsini vaxtında yeniləməyənlər üçün ciddi maliyyə yükü yaradacaq.
Vətəndaşlar sürücülük vəsiqələrini yeniləmək üçün Alo 199 Çağrı Mərkəzi, mobil tətbiq və ya nvi.gov.tr internet portalı vasitəsilə randevu ala bilərlər. Lazımi sənədləri tamamlayaraq Nüfus İdarələrinə müraciət etmək kifayətdir.
Son günlərdə artan müraciət səbəbindən idarələrdə sıxlıq yaşanır. Bu səbəbdən, Nüfus və Vətəndaşlıq İşləri Baş İdarəsi bütün əməkdaşları ilə prosesi sürətləndirmək və vətəndaşların mağduriyyət yaşamaması üçün səylə çalışır.
5 addımda sürücülük vəsiqəsinin yenilənməsi:
1. Randevu alın: nvi.gov.tr, mobil tətbiq və ya Alo 199 vasitəsilə.
2. Sənədləri toplayın: Biometrik şəkil və tibbi arayış.
3. Şəxsiyyət vəsiqənizi və köhnə sürücülük vəsiqənizi götürün.
4. Təyin olunmuş tarixdə Nüfus İdarəsinə müraciət edin.
5. Yeni vəsiqə poçt vasitəsilə evinizə göndəriləcək.
Unutmayın, köhnə vəsiqə ilə avtomobil idarə etmək sabahdan etibarən qanunsuz sayılacaq.
Xeyrənsə Piriyeva