AZ

Sabiq “Barselona”lı xəstəxanaya yerləşdirildi: Görün it harasından dişləyib

“Barselona”nın sabiq hücumçusu, hazırda “Aris”də çıxış edən Karles Peres Sayol xəstəxanaya yerləşdirilib.

Publika.az xəbər verir ki, buna səbəb futbolçunun cinsiyyət orqanından it dişləməsi olub.

“Barca Universal”ın məlumatına görə, hadisə iki itin dalaşdığı zaman baş verib. Futbolçu onları ayırmağa çalışarkən, itlərdən biri ona hücum edib. İspan futbolçu dərhal xəstəxanaya aparılıb və hazırda vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Sayol “Barselona” akademiyasının yetirməsidir və 2018/2019 mövsümündə komanda ilə birlikdə La Liqa çempionu olub. Ötən mövsüm isə o, “Xetafe” klubunun formasını geyinib.

Seçilən
4
publika.az

1Mənbələr