AZ

30 iyul – İnsan Alverinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə sığınacağa info tur təşkil olunub

30 iyul 2025-ci il tarixində İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü və İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin (İAQMBİ) dəstəyi ilə insan alveri qurbanları üçün fəaliyyət göstərən nsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinə bilavasitə tabe olan İnsan alveri qurbanları üçün Sığınacaqa info tur təşkil edilib. Səfər, Koalisiyanın müraciəti əsasında həyata keçirilib.

Səfərdə İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının sədri Mehriban Zeynalova, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları – polis polkovniki Samir Qarayev və polis polkovniki İbrahim Əhmədov, həmçinin Koalisiyanın üzv təşkilatlarının nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə sığınacağın rəhbəri Gülayə Quluyevanın müşayiəti ilə müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar. Qonaqlara sığınacaqda insan alveri qurbanları üçün yaradılmış sosial, psixoloji və peşə reabilitasiya imkanları barədə geniş məlumat verilib. Daha sonra sığınacaq sakinlərinin hazırladıqları müxtəlif əl işlərinə baxış keçirilib və onların məşğul olduqları digər fəaliyyətlərlə tanışlıq olub.

Tədbirdə çıxış edən Koalisiyanın sədri Mehriban Zeynalova qeyd edib ki, insan alveri ilə mübarizə hər kəsin üzərinə ciddi məsuliyyət qoyan mühüm bir sahədir:
"Bu sahədə dövlət qurumları, ictimai təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti qurbanların müdafiəsi və reabilitasiyası baxımından xüsusi əhəmiyyət daşıyır."

Daha sonra İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı polis polkovniki Samir Qarayev çıxış edərək bildirib ki, insan alveri ilə mübarizənin effektiv şəkildə aparılması yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə məhdudlaşmamalıdır:
"Bu istiqamətdə bütün qurumların, qeyri-hökumət təşkilatlarının və cəmiyyətin birgə əməkdaşlığı mühüm əhəmiyyət kəsb edir."

Səfərin sonunda iştirakçılar insan alveri qurbanlarının sosial reinteqrasiyasının gücləndirilməsi, onların hüquqlarının müdafiəsi və gələcək əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıblar.

Seçilən
6
1
sabahinfo.az

2Mənbələr