Rusiyanın "Anqara" aviaşirkəti təyyarələrin texniki baxışı üzrə sertifikatın "Rosaviasiya" tərəfindən ləğv olunmasından sonra bəzi reysləri ləğv edəcək.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə aviaşirkətdən xəbər verilib.
Bildirilib ki, bu işlər üçün xarici sertifikatlı təşkilatlar cəlb ediləcək.
İrkutskda yerləşən şirkət əlavə edib ki, reyslərdə gecikmələr də mümkündür. Gecikən və ya ləğv olunan uçuşların sərnişinlərinə bilet haqqı tam şəkildə geri qaytarılacaq.
Xatırladaq ki, iyulun 24-də Rusiyanın Amur vilayətində "Anqara" aviaşirkətinə məxsus "An-24" sərnişin təyyarəsi qəzaya uğrayıb. Müxtəlif məlumatlara görə, ekipaj da daxil olmaqla, təyyarədə 46-49 nəfər olub, sağ qalan yoxdur. Hadisə ilə bağlı cinayət işi açılıb. Mütəxəssislər qəzanın iki əsas versiyasını nəzərdən keçirirlər: texniki nasazlıq və pilotların səhvi. Bu hadisədən sonra "Rosaviasiya" və "Rostransnadzor" aviasiya şirkətinin plandan kənar yoxlamasını keçirib. "Anqara"nın texniki xidmət sahəsindəki fəaliyyətində pozuntular aşkar olunub. Xüsusilə, sənədlərin real iş görülmədən doldurulduğu, lazım olan avadanlıqlardan istifadə olunmadığı müəyyən edilib. Bununla əlaqədar "Rosaviasiya", aviaşirkətin təyyarələrin və onların komponentlərinin texniki xidmətini təmin etməyə imkan verən sertifikatını ləğv edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta