AZ

Elşad Həsənov iyulda 750-dən çox sakini dinləyib - Fotolar

İyul ayı ərzində Yasamal Rayon İcra Hakimiyyətinin keçirdiyi vətəndaş qəbullarında 750-dən çox Yasamal rayon sakini iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun bilavasitə qatıldığı səyyar qəbullar açıq mikrofon formatında keçirilir.

Bildirilib ki, hər sakin öz problem və qayğılarına dair fikir, təklif və şikayətini açıq bəyan edə bilir.

Yasamal Rayon İcra Hakimiyyətinin təşkil etdiyi səyyar qəbullar hər həftə rayonun müxtəlif ərazilərində baş tutur və burada əsas meyar sakinlərin ərazi üzrə rahat iştirakını təmin etməkdir. Vətəndaş qəbulları həmçinin mütəmadi qaydada Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında da keçirilir.

Bu qəbullarda həmçinin Yasamal RİH-in vəzifəli şəxsləri, Bələdiyyə və MKTB-in rəhbər heyəti, SİƏD, xidmət sahələrinin nümayəndələri də mütləq iştirak ediblər.

Ay ərazində qəbullarda qaldırılan məsələlərin təhlilinə gəlincə, burada əsasən aşağıdakı problemlərin sakinləri daha çox narahat etdiyi nəzərə çarpır:

- mənzil növbəsi;

- küçələrin işıqlandırılması;

- qurumuş və təhlükə yaradan ağacların budanması;

- tikinti şirkətləri ilə vətəndaşlar arasında ixtilaflar;

- istismar müddəti bitmiş bina və məhəllələrin söküntüsü;

- kooperativ bina liftlərinin yenilənməsi;

- mənzil-məişət şəraitinin yaxşılaşdırılması;

- köçürülməyə görə maddi kompensasiya məbləği və s.

İcra başçısı Elşad Həsənov səyyar qəbullarda müraciət edən rayon sakinlərini dinləyərək onların problemlərinin aradan qaldırılmasına dair RİH əməkdaşlarına və xidmət rəhbərlərinə bir sıra konkret və operativ göstərişlər verir. Qəbul zamanı əksər məsələlər yerindəcə həll edilir, icrası vaxt tələb edən müraciətlər isə araşdırılaraq həll edilməsi üçün icraata götürülür. Bir müddət keçəndən sonra isə həmin məsələlərin həllinin nə yerdə olduğu bir daha nəzərdən keçirilir.

Elşad Həsənov səyyar qəbullardan savayı, sosial baxımdan həssas təbəqə nümayəndələri olan şəhid ailələri, ahıl insanlar, Vətən qarşısında xidmətləri olan şəxslər və ailə üzvlərini inzibati binada fərdi şəkildə qəbul edir.

Yasamal Rayon İcra Hakimiyyətinin vətəndaş qəbulları davam edir və bu səyyar qəbullara qeydiyyata düşüb iştirak etmək  üçün aşağıdakı formanı doldurmaq tələb olunur:

Yasamal RİH





Seçilən
10
1
qafqazinfo.az

2Mənbələr