Rusiyada niqab da daxil olmaqla, üzü örtən paltarın geyinilməsi qadağan ediləcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
Rusiya Dövlət Dumasının deputatları niqab da daxil olmaqla, üzü örtən paltarın geyinilməsinin qadağan edilməsini təklif ediblər.
Oxşar məhdudiyyətlər artıq Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistanda da tətbiq edilib.
Deputatların fikrincə, belə bir qadağanın olmaması, Rusiyada ekstremist baxışları olanların istifadə edə biləcəyi hüquqi boşluq yaradır.
Təklif artıq Rusiyanın baş naziri Mişustinə göndərilib.
Xuraman Etibarlı
İnterpress.az