AZ

Xankəndidə qanunsuz ucaldılan daha bir abidə söküldü

Azərbaycanın qədim şəhəri olan Xankəndidə qanunsuz ucaldılan rus rəssamı, erməni əsilli İvan Konstantinoviç Ayvazovskinin (Ovanes Ayvazyan) abidəsi sökülüb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.

Mənbə qeyd edir ki, abidə Ayvazovskinin doğum günündə 29 iyulda dağıdılıb.

Yeri gəlmişkən, həmin abidə 2-ci Qarabağ savaşından sonra 2021-ci ilin dekabrında erməni separatçıları və Rusiya sülhməramlıları tərəfindən “Rusiya Şöhrət xiyabanı” layihəsi çərçivəsində qanunsuz olaraq ucaldılmışdı.

Xatırladaq ki, bir vaxtlar Qarabağ bölgəsində qanunsuz ucaldılan bir çox binalar və “abidələr” 2023-cü ilin payızında separatçı rejimin süqutundan sonra yerlə-yeksan edilib.

Bizim.Media

Seçilən
84
bizim.media

1Mənbələr