Xəbər verdiyimiz kimi, Xalq artisti Arif Babayev bir müddətdir xəstəxanaya yerləşdirilib.
Publika.az xəbər verir ki, xanəndənin oğlu Rauf Babayev Axşam.az-a açıqlamasında atasının son durumundan danışıb. O bildirib ki, hər gün atasını görür və səhhətində irəliləyiş yoxdur:
"Ağır stabil olaraq qalır. Elə indicə atamın yanında idim. Dünən heç bir reaksiya vermirdi. Amma bu gün gözünü tərpətdi, işarə etdi ki, yanımda olduğunu bilirəm. Bir söz demək olmur. Gah yaxşı olur, gah ağırlaşır. Həkimlər də dəqiq heç nə deyə bilmirlər. Dua edirik ki, yaxşılaşsın".
Klinikadan isə bildirilib ki, A.Babayev reanimasiyadadır və həkim nəzarətindədir.