Bu ilin yanvar-iyun aylarında Mərkəzi Asiya regionundan Azərbaycana 93,4 mindən çox vətəndaş səfər edib ki, bu, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, cari ilin iyun ayında qeyd edilən regiondan ölkəyə 19,6 mindən çox şəxs gəlib. Bu, 2024-cü ilin iyun ayına nisbətdə 17 faiz, cari ilin may ayına nisbətdə isə 9,5 faiz çoxdur.
İyun ayında Azərbaycana gələn turistlərin sayına görə Mərkəzi Asiya ölkələrinin sıaralaması belədir:
Qazaxıstan – 9 946
Özbəkistan – 5 093
Türkmənistan – 2 770
Qırğızıstan – 998
Tacikistan – 857