AZ

“Figma” ilin ən böyük IPO-su zamanı $1.2 milyard cəlb edib

Amerikanın dizaynerlər üçün olan “Figma” xidməti Nyu-York fond birjasında keçirilən IPO zamanı 1.2 milyard dollar cəlb edib. Beləliklə, “Figma”nın ümumi bazar kapitallaşması 19.3 milyard dollara çatıb.

Xatırladaq ki, 2022-ci ildə amerikalı proqram təminatı istehsalçısı “Adobe”, “Figma”nın 20 milyard dollara satın alındığını elan edib, lakin AB və Böyük Britaniya tənzimləyicilərindən razılıq almaqda çətinliklər üzündən müqavilə ləğv edilib.

“Figma”nın əsas məhsulu dizaynerlər üçün bulud platformasıdır, eyni zamanda şirkət son dövrdə öz alətlərində süni intellekt texnologiyalarından fəal şəkildə istifadə edir. Xidmətin müştəriləri arasında “ServiceNow”, “Workday” və SAP kimi texnologiya şirkətləri var.

Seçilən
4
banker.az

1Mənbələr