Beynəlxalq Valyuta Fondu (IMF) və Trending Economics-in məlumatlarına əsasən, son 5 ildə dünyada ən sürətli böyüyən iqtisadiyyat Guyana olub.
News24.az xəbər verir ki, ölkə 376,6% iqtisadi artımla siyahının zirvəsində qərarlaşıb. Bu sürətli yüksəliş əsasən neft və təbii sərvətlərə yönəlik sərmayələrlə əlaqələndirilir.
Guyana-nın ardından aşağıdakı ölkələr sıralanır:
Gine – 91,6%
Gürcüstan – 91,4%
San-Tome və Prinsipi – 91,3%
Ermənistan – 87,5%
Qırğızıstan – 86,6%
Haiti – 77,4%
Albaniya – 74,9%
Türkiyə – 73,9%
Türkiyə 73,9% artım göstəricisi ilə 9-cu sırada yer alaraq G20 ölkələri arasında bu siyahıya daxil olan yeganə ölkə olub.
Mütəxəssislər Türkiyənin bu performansını “qlobal dalğalanmalara baxmayaraq davamlı və müqavimətli iqtisadi artım” kimi qiymətləndirir və yaxın gələcəkdə də bu tempin qoruna biləcəyini bildirirlər.
Xeyrənsə Piriyeva