AZ

Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı vəzifələr həvalə olundu

Mədəniyyət Nazirliyinə Azərbaycan dili və ədəbiyyatı ilə bağlı vəzifələr həvalə olunub.

Kulis.az APA-ya istinadən xəbər verir ki,Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Nazirliyin vəzifələri sırasına müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək və Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycan Respublikasında tanıdılması və təbliği işini həyata keçirmək daxil edilib.


Seçilən
44
22
kulis.az

10Mənbələr