Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri 4 milyon 157 min 350 ton təşkil edib. SİA bu barədə SOCAR-ın açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2 min 623 min ton və ya 0,06 % çoxdur.
Buraya şirkətin öz imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkədə fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da daxildir.
Qeyd edək ki, 2024-cü ilin ikinci rübündə SOCAR tərəfindən 4 milyon 154 min 727 ton neft xaricə ixrac edilib.